"Qalatasaray" qələbə qazandı, "Milan"dan darmadağın
Bu gün Avropa Liqasınınn pley-off mərhələsinə start verilib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında "Sparta" ilə qarşılaşıb.
Oyun Türkiyə çempionunun çətin qələbəsi ilə yekunlaşıb. İkardinin 90+1-ci dəqiqədə vurduğu qol "Qalatasaray" 3:2 ilə qələbə qazandırıb.
"Milan" isə öz meydanında "Renn"i böyük hesabla məğlub edib. Milanlılar rəqib qapısından 3 cavabsız top keçiriblər.
Avropa Liqası Pley-off, ilk oyunlar 15 fevral 21:45 Feyenoord (Niderland) - Roma (İtaliya) - 1:1 21:45 Qalatasaray (Türkiyə) - Sparta (Çexiya) - 3:2 21:45 Şaxtyor (Ukrayna) - Marsel (Fransa) - 2:2 21:45 Yanq Boys (İsveçrə) - Sportinq (Portuqaliya) - 1:3 00:00 Milan (İtaliya) - Renn (Fransa) - 3:0 00:00 Benfika (Portuqliya) - Tuluza (Fransa) - 2:1 00:00 Braqa (Portuqaliya) - Qarabağ (Azərbaycan) - 2:4 00:00 Lans (Fransa) - Frayburq (Almaniya) - 0:0
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun