Putin Makronla dialoqa hazırdır - Peskov

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla dialoqa hazırdır.

Putin Makronla dialoqa hazırdır - Peskov
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla dialoqa hazırdır.

meqale.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, mümkün dialoq hər iki tərəfin mövqeyini anlamaq cəhdi olmalıdır.

"Putin həmişə öz mövqelərini izah etməyə, həmsöhbətləri ilə ətraflı, səmimi və ardıcıl şəkildə dialoqa hazırdır", - deyə Peskov bildirib.

Xatırladaq ki, dekabrın 19-da Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqun bərpasının Avropa üçün faydalı ola biləcəyini bildirib.