Nikolay Denisov vəfat etdi
Aktyor Nikolay Denisov dünyasını dəyişib.
meqale.com-ın "kino-teatr.ru" portalına istinadən verdiyi məlumata görə, "Sınıq işıqlar küçələri" teleserialındakı rolu ilə tanınan sovet və Rusiya teatr və kino aktyoru Nikolay Denisov dekabrın 19-da, 80 yaşında vəfat edib.
Aktyorluq fəaliyyəti ilə yanaşı, Denisov poeziya ilə də məşğul olub. O, Valeri Leontyevin repertuarında yer alan "Mən canlıyam", "Kabare", "Çeri" və digər məşhur mahnıların söz müəllifidir.
Nikolay Denisovun qələmə aldığı mahnılar eyni zamanda Lyudmila Qurçenko, Nikolay Karaçentsov, Sofiya Rotaru, Edita Piexa, Nadejda Babkina, Larisa Dolina, Mixail Boyarski, Filipp Kirkorov, Pavel Smeyan, Lyudmila Sençina, Mixail Şufutinski, Dmitri Pevtsov, Nikolay Baskov, Maksim Averin və bir çox digər tanınmış sənətçilər tərəfindən ifa olunub.