Putin Alyaska görüşü öncəsi iclas keçirdi

Rusiya Prezidenti Vladimir Putin sabah Alyaskada baş tutacaq görüşə hazırlıq çərçivəsində Rusiyanın ali rəhbərliyinin üzvləri ilə iclas keçirib.

Putin Alyaska görüşü öncəsi iclas keçirdi
Rusiya Prezidenti Vladimir Putin sabah Alyaskada baş tutacaq görüşə hazırlıq çərçivəsində Rusiyanın ali rəhbərliyinin üzvləri ilə iclas keçirib.

meqale.com TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Görüşdə, həmçinin hökumət üzvləri və prezident administrasiyasının üzvləri iştirak edib. 

Xatırladaq ki, avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş keçiriləcək.