PSJ "Milan"ı məğlub edib, "Mançester Siti" və "Barselona" qələbə qazanıb

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

PSJ
UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

meqale.com report-a istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması F qrupunda gerçəkləşib.

PSJ Fransada İtaliyanın "Milan" klubunu 3:0 hesabı ilə üstələyib. Digər matçda Dortmund "Borussiya"sı İngiltərədə "Nyukasl"ı məğlub edib - 1:0.

UEFA Çempionlar Liqası, qrup mərhələsi III tur

E qrupu "Feyenoord" (Niderland) - "Latsio" (İtaliya) 3:1

"Seltik" (Şotlandiya) - "Atletiko" (İspaniya) 2:2

Xal durumu: "Feyenoord" - 6, "Atletiko"- 5, "Latsio" - 4, "Seltik" - 1.

F qrupu PSJ (Fransa) - "Milan" (İtaliya) 3:0

"Nyukasl" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) 0:1

Xal durumu: PSJ - 6, "Nyukasl" - 4, "Borussiya" - 4. "Milan" - 2

G qrupu "Leyptsiq" (Almaniya) - "Srvena Zvezda" (Serbiya) 3:1

"Yanq Boyz" (İsveçrə) - "Mançester Siti" (İngiltərə) 1:3

Xal durumu: "Mançester Siti" - 9, "Leyptsiq" - 6, "Srvena Zvezda" - 1, "Yanq Boyz" - 1.

H qrupu "Antverpen" (Belçika) - "Portu" (Portuqaliya) 1:4

"Barselona" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) 2:1

Xal durumu: "Barselona" - 9, "Portu" - 6, "Şaxtyor" - 3, "Antverpen" - 0.