“Prezident olmaq çox təhlükəli işdir”

ABŞ Prezidenti Donald Tramp prezident fəaliyyəti ilə bağlı zarafat edib.

“Prezident olmaq çox təhlükəli işdir”
ABŞ Prezidenti Donald Tramp prezident fəaliyyəti ilə bağlı zarafat edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki,  Ağ Ev rəhbərinin sözlərini "Fox News" yayıb.

O bildirib ki, seçkiyə qatılmağın nə qədər təhlükəli olduğunu bilsəydi, namizədliyini irəli sürmək barədə iki dəfə düşünərdi, lakin heç kim ona bu barədə xəbərdarlıq etməyib.

"Prezident olmaq çox təhlükəli işdir", - o qeyd edib.

Trampın fikrincə, prezidentin işi yarış maşını sürücüsü olmaqdan və ya öküz idarə etməkdən daha təhlükəlidir.

meqale.com