Özündən 7 yaş kiçik idmançıya ərə getdi - FOTOlar
34 yaşlı amerikalı aktrisa və müğənni Vanessa Hadcens amerikalı beysbolçu Koul Takerə ərə gedib.
meqale.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Taker Hadcensdən 7 yaş kiçikdir. Cütlüyün toyu ötən həftəsonu Meksikanın Tulum şəhərində baş tutub. Tədbirdə 20-yə yaxın dost və ailə üzvləri iştirak ediblər.
Onlar toyu mediadan gizlədib, fotolar ötən gün yayımlanıb.