Nurjan Altayev həbs olundu
Astana məhkəməsi Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini Nurjan Altayevi xüsusən külli miqdarda rüşvət aldığına görə 10 il müddətinə azadlıqdan məhrum edib.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Astana məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
İstintaq materiallarına görə, keçmiş nazir müavini 2018-2020-ci illərdə "Atameken" milli sahibkarlar palatasının maraqlarının himayədarlığı və lobbiçiliyi ilə məşğul olmaqda ittiham olunur.
Altayevin buna görə qeyri-kommersiya təşkilatının rəhbərindən 115 milyon dollar və 8,1 milyon təngə rüşvət aldığı müəyyən edilib.
Cinayət faktları yazışmalarla, həmçinin şahid ifadələri, ekspertizalar və digər qeydlərlə sübuta yetirilib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun