Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB - FOTO

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfatı ilə bağlı məlumatlar reallığı əks etdirməyib.

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab:
Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfatı ilə bağlı məlumatlar reallığı əks etdirməyib.

"EGE Hospital"ın icraçı direktoru Rafael Əliyev oxuya verdiyi açıqlamada yayılan məlumatları təkzib edib.

O qeyd edib ki, Tünzalə Sultanova "EGE Hospital"da müalicə almayıb:

"Tünzalə Sultanova adlı şəxsin bizim hospitalda vəfat etdiyi bildirilir, lakin bu məlumat tamamilə yanlışdır. Qeyd olunan şəxs nə xəstəxanamızda müalicə alıb, nə də ki, orada vəfat edib".

--------- Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfat etdiyi iddia olunur.

meqale.com oxuya istinadən xəbər verir ki, sosial mediada edilən paylaşımlarda Tünzalə Sultanovanın boğaz nahiyəsində zob aşkar edildiyi və bundan sonra tibbi müayinələr zamanı onun bədxassəli şiş olduğu müəyyən olunub.

Ötən gün onun əməliyyat edildiyi və vəziyyəti ağırlaşaraq komaya düşdüyü qeyd edilib.

Lakin bu gün sosial şəbəkə edilən paylaşımlarda onun "EGE Hospital"da vəfat etdiyi iddia olunub.

Məlumatı dəqiqləşdirmək üçün klinikanın nömrələri ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.

xxx

09:47

Sosial mediada Ömrü Sultani adı ilə tanınan bloger Sultanova Tünzalə ilə bağlı narahatedici məlumatlar yayılıb.

meqale.com xəbər verir ki, iddialara əsasən, bloger müalicə üçün yerləşdirildiyi tibb müəssisəsində əməliyyat olunub.

Məlumata görə, onun boğaz nahiyəsində zob aşkarlanıb və həkim müayinəsindən sonra cərrahi müdaxiləyə ehtiyac yarandığı bildirilib. Əməliyyatdan sonra isə Tünzalə Sultanovanın səhhətinin kəskin şəkildə pisləşdiyi, hətta komaya düşdüyü iddia olunur.

Qeyd edək ki, yayılan bu məlumatlar hələlik rəsmi qurumlar və ya yaxınları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı dəqiq açıqlamanın verilməsi gözlənilir.