Netanyahu Qəzzada münaqişənin tənzimlənməsinin şərtlərini açıqlayıb

İsrail Baş naziri Binyamin Netanyahu Qəzzada münaqişənin tənzimlənməsinin şərtlərini açıqlayıb.

Netanyahu Qəzzada münaqişənin tənzimlənməsinin şərtlərini açıqlayıb
İsrail Baş naziri Binyamin Netanyahu Qəzzada münaqişənin tənzimlənməsinin şərtlərini açıqlayıb.

meqale.com APA-ya istinadən xəbər verir ki, Binyamin Netanyahu deyib ki, Nazirlər Kabineti HAMAS-a təzyiqin gücləndirilməsini dəstəkləyib.

Baş nazir bildirib ki, İsrail atəş altında HAMAS-la danışıqlar aparır və bu, effektivdir. Binyamin Netanyahu qeyd edib ki, HAMAS-la girovların azad olunması və atəşin dayandırılması barədə razılaşmanın yekun mərhələsini müzakirə etməyə də hazırdırlar: "HAMAS silahı yerə qoymalıdır. HAMAS-ın liderlərinə Qəzza zolağını tərk etməyə icazə veriləcək. Biz Qəzzada ümumi təhlükəsizliyi təmin edəcək və Qəzzadan könüllü immiqrasiya ilə bağlı Trampın planını reallaşdıracağıq. Bunu istənilən vaxt müzakirə etməyə hazırıq".