“Neftçi” qalib gəldi, üçüncü oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

“Neftçi” qalib gəldi, üçüncü oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

meqale.com report-a istinadən xəbər verir ki, "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin qollarını 8-ci dəqiqədə Azər Salahlı, 71-ci dəqiqədə Andre Şinyaşiki vurub.

Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. Gəncə klubu 14 xalla 9-cu sıradadır.

Qeyd edək ki, bu gün turun sonuncu görüşündə "Zirə" "Qarabağ"ı qəbul edəcək. Əvvəlki matçlarda "Turan Tovuz" "Araz Naxçıvan"ı (3:1), "Sumqayıt" "Səbail"i (1:0), "Qəbələ" isə "Sabah"ı (1:0) məğlub edib.