Nə çovdar, nə də kəpəkli… Ən sağlam çörək bunlar imiş

Son illərdə xəstəliklərin artması ilə sağlam qidalanmaya maraq da yüksəlib. Ağ çörək yerini kəpəkli, çovdarlı çörəklərə versə də, "ən faydalı çörək hansıdır?" sualı tez-tez soruşulur. Mütəxəssislər ən sağlam çörək növlərini açıqlayıb.

meqale.com xəbər verir ki, liflə zəngin olduğu üçün həzmi asanlaşdıran tam buğda çörəyi, ağ çörəyə nisbətən qan şəkərini daha yavaş yüksəldir. Mütəxəssislər vitamin və mineral baxımından ən zəngin çörəyin tam buğda çörəyi olduğunu bildirir.

Genetik olaraq dəyişdirilməmiş ən qədim buğda növlərindən olan siyəz buğdası, aşağı qlisemik indeks və yüksək protein tərkibi ilə son illərin ən populyar çörəklərindən birinə çevrilib. Mütəxəssislərə görə, sağlam karbohidrat axtaranların ilk seçimləri arasında yer alır.

Tərkibcə təbii olaraq qlutensiz olan qarabaşaq çörəyi, dəmir və maqneziumla zəngin olması ilə diqqət çəkir. Qan şəkərini tarazlamaq istəyənlər üçün ideal seçimdir və qlutensiz qidalanmalı olanların əsas alternativlərindən sayılır.

Beta-qlukan lifləri ilə tanınan yulaf ürək sağlamlığına faydalı əsas taxıllardandır. Yulaf çörəyi isə uzun müddət tox saxlama xüsusiyyəti və xolesterini aşağı salması ilə seçilir.