Nazarbayev daha bir statusdan məhrum edildi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qüvvədə olan qanunvericiliyə dəyişiklikləri təsdiqləyib.

Nazarbayev daha bir statusdan məhrum edildi
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qüvvədə olan qanunvericiliyə dəyişiklikləri təsdiqləyib.

meqale.com oxuya istinadən bildirir ki, respublikanın birinci rəhbəri Nursultan Nazarbayev onun adını daşıyan Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu kimi təşkilatlarda Ali Qəyyumlar Şurasının rəhbəri statusundan məhrum edilib.

Müvafiq dəyişikliklər dövlət başçısının imzaladığı "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına peşə ixtisasları, dövlət mükafatları, sosial təminat və təhsil məsələləri üzrə dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunda əksini tapıb.

Sənədin əvvəlki variantına görə, Nazarbayev Ali Qəyyumlar Şurasının ilk sədri olub. Ediləcək dəyişikliklərə görə, artıq Ali Qəyyumlar Şurasının sədri prezident və ya onun təyin etdiyi şəxs olacaq.