Maykl Ceksonun qızının burnundan dəlik açıldı: "İçindən makaron keçir"

Maykl Ceksonun yeganə qızı, 27 yaşlı Peris Cekson illər boyu narkotik maddələrdən istifadənin nəticələrini göstərən sarsıdıcı video paylaşaraq izləyicilərini heyrətə salıb.

Maykl Ceksonun qızının burnundan dəlik açıldı:
Maykl Ceksonun yeganə qızı, 27 yaşlı Peris Cekson illər boyu narkotik maddələrdən istifadənin nəticələrini göstərən sarsıdıcı video paylaşaraq izləyicilərini heyrətə salıb.

meqale.com xəbər verir ki, müğənni keçmişdə narkotik istifadəsi səbəbindən burun arakəsməsində dəlik əmələ gəldiyini etiraf edib.

"Instagram"da yayılan videoda Peris fənərlə burun dəliyini göstərib və nəfəs alarkən eşidilən fit səslərinin fiziki səbəbini izah edib.

"Bu, elə düşündüyünüz kimidir. Uşaqlar, narkotik qəbul etməyin. Mən heç kimə nə etməli olduğunu demirəm, amma bunu məsləhət görmürəm - bu, həyatımı məhv etdi..." - Peris etiraf edib.

O, bildirib ki, artıq altı ildir narkotiklərdən uzaqdır və burundakı qüsuru cərrahi yolla düzəltməyi düşünmür. Səbəb isə əməliyyatdan sonra istifadə edilə biləcək dərmanların onu yenidən asılılığa sürükləmə riskidir. Peris hətta zarafatla deyib ki, indi burun dəliyindən makaron keçirmək mümkündür.