Nadir Qafarzadə ev aldı: "Bu gecə rahat yatacağam" - VİDEO
Müğənni Nadir Qafarzadə yeni ev alıb.
meqale.com axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat paylaşıb. Evindən görüntüləri izləyiciləri ilə bölüşən ifaçı köhnə mənzilini satdığını bildirib:
"Uzun müddətdən sonra evimi satdım və yenisini aldım. Köç məsələlərinə başım qarışıq idi. Yaxınlarım mənə kömək etdilər. Artıq köçmüşük, bu gecə rahat yatacağam. Köçmək necə də əzablı işdir".