Milli Məclis və aparatı üçün 51 milyona yaxın vəsait ayrıldı
"2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 50 milyon 919 min 10 manat vəsait nəzərdə tutulub".
Bu fikirləri parlamentin iclasında Milli Məclisin işlər müdiri Firudin Hacıyev deyib.
O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
F.Hacıyev əlavə edib ki, 2023-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsaiti hesabına Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobillər alınıb istismara verilib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun