Mikroavtobus aşdı: 6 yaralı

Şabran rayonunun Zağlı kəndi ərazisində "Ford" markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

Mikroavtobus aşdı: 6 yaralı
Şabran rayonunun Zağlı kəndi ərazisində "Ford" markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

meqale.com "report"a istinadən bildirir ki, sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.