Metroda qatarlar toqquşdu - Yaralananlar var - VİDEO - FOTO

Rusiya paytaxtının metropoliteninin "Peçatniki" stansiyasında iki qatar toqquşub.

Metroda qatarlar toqquşdu - Yaralananlar var - VİDEO - FOTO
Rusiya paytaxtının metropoliteninin "Peçatniki" stansiyasında iki qatar toqquşub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində iki nəfər yaralanıb. Onlardan biri qatarın ön hissəsində sıxılıb qalan maşinistdir.

Moskvanın Nəqliyyat Departamentindən verilən məlumata görə, "Lyublino" stansiyasından "Dubrovka" stansiyasına qatarların hərəkəti dayandırılıb. Hazırda "Mosmetro"nun bütün xidmətləri ərazidə nəqliyyatın hərəkətini bərpa etmək üçün çalışır.

Hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.