Məşhur müğənni aylar sonra üzə çıxdı: Qayıqda yaşayır, bazarda qarpız satır... - FOTO
Məşhur türkiyəli müğənni Koray Avcı səs-küylü İstanbul səhnəsindən uzaqlaşaraq Göcekdə daha sakit həyat seçib.
meqale.com Türkiyə mediasına istinadla xəbər verir ki, qayıqda yaşayan Avcı yay aylarında Fethiyədə bazarda qarpız satdığını açıqlayaraq pərəstişkarlarını təəccübləndirib:
"Fethiyədə cümə bazarında yerim var, ürəyim istəyəndə qarpız satıram. Bunu İstanbulda harda etmək olardı ki?"
Avcı İstanbula ara-sıra səfər etdiyini və dənizdəki həyatın da çətinliklərlə üzləşdiyini qeyd edib. Müğənni uzun məsafələrə səyahət təcrübəsi qazanmaq üçün tez-tez qayığın sükanını əlinə aldığını, dənizə olan həvəsinin həyatında mühüm rol oynadığını açıqlayıb.