Mərkəzi Bankın eksperti müşavir təyin olundu
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) yeni kadr təyinatı həyata keçirilib.
meqale.com xəbər verir ki, qurumun sədri Vüqar Orucun sərəncamı ilə İbrahimov Asif Arzuman oğlu müşavir vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.İbrahimov Mərkəzi Bankın məsləhətçi-eksperti kimi də fəaliyyət göstərir. O, həm də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müəllimlik fəaliyyətini davam etdirir və müxtəlif dövlət və özəl təşkilatlarda təlimçi kimi çıxış edir.
Asif İbrahimovun atası İbrahimov Arzuman Pənah oğlu 1992-ci ildə Qarabağ döyüşlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.