"Mən toyumuzun onun gözlərinə işıq gətirdiyini görəndə çox xoşbəxt idim..." - FOTOlar
"Mən özümü zülmətdə hiss edirdim və heç vaxt sağalacağıma ümid etmirdim..." "O, təslim olmaq istəyirdi, amma mən buna yol verə bilməzdim..." Xərçəng xəstəliyindən ölüm ayağında olan nişanlı oğlan xəstəxanada evlənib, toy onu xilas edib Ölüm ayağında olan nişanlı oğlan ən böyük sevgisinə qovuşub, bu da ona xərçənglə mübarizəni davam etdirməyə güc verib. meqale.com moderator.az-a istinadən xəbər verir ki, bu barədə "The Mirror" nəşri yazıb. 27 yaşlı Zak Stroup və 25 yaşlı Meddi birbaşa oğlanın müalicə aldığı xəstəxanada nişanlanıb. Zakın səhhəti pisləşəndən və cütlüyün onun ömrünə bir neçə gün qaldığını düşünəndən 48 saat sonra tələm-tələsik toy təşkil edilib. Lakin Zak deyir ki, toy onun həyatında "dönüş məqamı" olub və xəstəliyinin "qara günlərini" yaşamağa kömək edib. "Düşünürəm ki, həyatda yaşadığım ən dəhşətlisi hər şeyin uzun müddət zülmət içində olmasıdır, lakin toy mənim üçün dönüş məqamı olub. İnanmıram ki, bunsuz xəstəliyin öhdəsindən gələ bilərdim", - o, xatırlayıb.
Orta məktəb illərindən bir-birinə aşiq olan cütlük Zakda Kron xəstəliyi aşkar edilənə, yorğunluq və gecələr tərləmədən əziyyət çəkənədək birlikdə "ideal həyat" yaşayıb. Ona dərmanlar verilib, normal həyata dönəcəyi gözlənilib, lakin 2020-ci ilin noyabrında onun əlamətləri pisləşməyə başlayıb. Xəstəxanada müayinədən sonra Zaka xərçəngin aqressiv forması olan dördüncü mərhələdə qeyri-Xockin limfoması diaqnozu qoyulub. Lakin Zak intensiv müalicə alaraq xəstəliyə qarşı mübarizə aparıb, 2021-ci ilin aprelində onda remissiya baş verdiyi deyilib. Elə həmin ildə Floridaya səfəri zamanı Zak Meddiyə evlilik təklif edib. Lakin 2021-ci ilin sentyabrında Zak hərəkətini itirməyə başlayıb və praktiki olaraq iflic olub. O, təcili surətdə xəstəxanaya yerləşdirilib və onun onurğa beynində şiş müəyyən edilib, ona görə də toyundan bir ay öncə kimya terapiyasına dönüb. Bu zaman Zakın səhhəti növbəti dəfə pisləşib. Ona görə də cütlük xəstəxana personalı və pasiyentlərin əhatəsində evlənməyə qərar verib.
"O, təslim olmaq istəyirdi, amma mən buna yol verə bilməzdim. Biz, sadəcə, düşündük ki, birlikdə nəsə müsbət bir şey edəcəyimiz sonuncu nəsnədir. Onun özünü məğlub hiss etməsini görmək çox ağır idi, lakin mən toyumuzun onun gözlərinə işıq gətirdiyini görəndə çox xoşbəxt idim. Mən liftdən çıxdım, pasiyentlər və həkimlər mənim yanımda dayanıb mənə ürək-dirək verirdi. Mən belə vəziyyətdə özümü tənha hiss etmirdim və bu, çox gözəl hiss olub. Mən onunla qürur duyurdum ki, o, bu məqama gəlib çatıb və xərçəng bizi bundan məhrum edə bilməyib". Cürlük Zakın müalicə aldığı Koloradonun Qan Xərçəngi İnstitutunda evlənib. Toydan dərhal sonra Zak bəyan edib ki, kimya terapiyasından keçməyə hazırdır, onun sözlərinə görə, bu, onun müalicəsinin ən ciddi dövrü olub. Kimyəvi terapiya müsbət nəticə verdikdən sonra ona sümüklərində qalan xərçəngi kənar etmək üçün sümük iliyi köçürülüb.
Toydan sonra hər müalicə kursu keçərkən Zak sağalacağına daha əmin olub, artıq bir neçə aydır ki, xəstəliyi remissiya edib. Müailəcəyə fizioterapiya əlavə ediləndən sonra Zak normal fəaliyyətə dönüb, o cümlədən məzuniyyətə gedib və öz işinə qayıdıb.
İndi Zak və Meddi üçün söhbət ona diaqnoz qoyulduqdan öncə yaşadıqları "ideal həyata" dönməkdən gedir. "Hansısa məqamda biz mütləq öz andımızı yeniləyəcəyik ki, yenə də tort kəsib rəqs edək. Mən son illər ən sağlam insanam, mənə elə gəlir ki, həyatda hər şey mümkündür", - Zak deyib.