"Memati"nin dəyişimi diqqət çəkdi - FOTO
"Kurtlar Vadisi" serialında canlandırdığı Memati obrazı ilə geniş tanınan Gürkan Uygunun son görüntüləri sosial mediada böyük maraq yaradıb.
meqale.com xəbər verir ki, məşhur aktyorun Sakaryada yerləşən fındıq bağında işləyərkən çəkilən kadrları qısa zamanda gündəmə çevrilib. Aktyorun illər içindəki dəyişimi istifadəçilərin diqqətindən yayınmayıb və paylaşımlara xeyli şərh gəlib.
Sosial şəbəkələrdə yayılan videoda Gürkan Uygun fındıq bağında yer qazır. Bu görüntülər yayıldıqdan sonra aktyorun fiziki görünüşündəki dəyişikliklər müzakirə mövzusuna çevrilib. Bir çox istifadəçi Memati obrazına duyduğu nostaljini və aktyorun dəyişimi qarşısında hiss etdikləri təəccübü paylaşaraq öz fikirlərini bildirib.
Kurtlar Vadisi serialı uzun illər əvvəl yayımlansa da hələ də böyük izləyici kütləsinin yaddaşında öz yerini qoruyur. Necati Şaşmaz, Özgü Namal, Selçuk Yöntem və Oktay Kaynarca kimi tanınmış adların rolu olduğu bu ekran işi yayımlandığı dövrdə reytinqlərə damğa vurub. Gürkan Uygunun canlandırdığı Memati obrazı isə serialın ən yaddaqalan xarakterlərindən biri olaraq televiziya tarixində öz izini qoyub.