Masazırda göl qurudularaq yerində evlər tikilib - Həmin ərazini yenidən su basa bilər - FOTO

Masazırda yerləşən gölün illər ərzindəki dəyişimi diqqət çəkib. İddialara görə 2008-ci ildə göl ərazisi olan yerlərdə bu gün kütləvi şəkildə evlər tikilib.

Masazırda göl qurudularaq yerində evlər tikilib - Həmin ərazini yenidən su basa bilər - FOTO
Masazırda yerləşən gölün illər ərzindəki dəyişimi diqqət çəkib. İddialara görə 2008-ci ildə göl ərazisi olan yerlərdə bu gün kütləvi şəkildə evlər tikilib.

meqale.com xəbər verir ki, iddialara görə gölün suyun çəkilməsi və gölün torpaqlə doldurulması ilə ərazidı tikinti işləri aparılıb.

Bəs, maraqlıdır, bu evlər nə dərəcə təhlükəsizdir? Gələcəkdə hansı problemlərə yol aça bilər?

Məsələ ilə bağlı ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov meqale.com-a açıqlamasında bildirib ki, göllərin doldurulması və qurudulması tamamilə yolverilməzdir.

Onun sözlərinə görə, Abşeron yarımadasında yerləşən göllər xüsusi əhəmiyyət daşıyır və onların məhv edilməsi ciddi ekoloji fəsadlara yol aça bilər:

"Bu göllər tarixən müxtəlif ekosistem xidmətləri göstərib. Burada köçəri quşlar qışlayıb, nadir və qiymətli balıq növləri yaşayıb. Buna görə də bu su hövzələrinin qorunması son dərəcə vacibdir".

Rövşən Abbasov qeyd edib ki, bu göllərin qurumasına həm iqlim dəyişikliyi, həm də insan fəaliyyəti səbəb olur. Nəzərə çatdırıb ki,  xüsusilə də göl ərazilərinin qurudularaq tikinti məqsədilə istifadəyə verilməsi təhlükəli prosesdir:

"Fotodan da görünür ki, bu ərazilər digər sahələrə nisbətən daha çökəkdir. Burada qrunt sularının səviyyəsi yüksəkdir. Güclü yağışlar zamanı suyun toplanması, rütubətin artması qaçılmazdır. Bu isə insanların diskomfortuna, evlərin tezliklə zərər görməsinə və sıradan çıxmasına səbəb ola bilər".

Ekspert bildirib ki, bəzi tikinti şirkətləri qısa müddətli gəlir əldə etmək üçün bu cür layihələr həyata keçirirlər. Lakin vətəndaşlar diqqətli olmalıdır: