Lamin Yamal İspaniya millisinin heyətindən çıxarıldı
"Barselona"nın futbolçusu Lamin Yamal 2026-cı il dünya çempionatının seçmə mərhələsinin noyabr ayına planlaşdırılan oyunları üçün İspaniya millisinin heyətindən çıxarılıb.
meqale.com xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi zədəli olduğuna görə komandadan kənarlaşdırılıb.