Kriştiano Ronaldo: "Məşqçi olmağı düşünmürəm"
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik sahəsinə yönəlmək niyyətində deyil.
meqale.com xəbər verir ki, təcrübəli futbolçu bu barədə "Əl-Nəsr" klubunun "YouTube" kanalına verdiyi müsahibədə danışıb.
Ronaldonun sözlərinə görə, onun gələcək planları arasında məşqçi olmaq yer almır.