Kirkorov qazancını onlara xərcləyəcək
Rusiyalı müğənni Filipp Kirkorov NTV kanalındakı "Yeni il maskası" şousundan əldə etdiyi qonorarı Ukraynanın Belqorod şəhərinə zərbələri nəticəsində zərər çəkmiş insanlara verəcək.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Kirkorov özünün Vkontakte səhifəsində yazıb.
Qeyd edək ki, teleaparıcı Anastasiya İvleyevayanın qalmaqallı "Çılpaq gecə"sində iştirak edənlər arasında F.Kirkorov da olub. Rəsmi səviyyədə onun xalq artisti titulundan məhrum edilməsi təklifi səsləndirilirdi. Kirkorov bu hərəkətlərinə görə ictimaiyyətdən üzr də istəmişdi.