Jirayr Sefilyan dindiriləcək

Ermənistanın qərbyönümlü "Milli-demokratik qütb" hərəkatının nümayəndəsi, "ASALA" terror təşkilatının keçmiş üzvü Jirayr Sefilyan Milli Təhlükəsizlik Xidmətinə dindirilməyə çağrılıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni mediası  məlumat yayıb.

Məlumata görə, Jirayr Sefilyan guya "Vaqner" özəl hərbi şirkətinin 12 min döyüşçüsünün Ermənistana gəldiyini və guya yerli "agentura"nın köməyi ilə dövlət çevrilişi edərək Paşinyanı devirəcəyinə dair şaiyələr yayıb.

Xatırladaq ki, bir müddət öncə Ermənistanda bir sıra iqtidaryönlü qurumlara məxsus səhifələrdə 3 min "vaqnerçi"nin ölkəyə gəlişi və yerli qüvvələrin dəstəyi ilə dövlət çevrilişi həyata keçirəcəyi, həmçinin Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdıracağı ilə bağlı xəbərlər yayılıb.