İstanbulda binanın zirzəmisində partlayış: Yaralılar var - VİDEO

İstanbulun Bağcılar rayonunda yerləşən binanın zirzəmisində güclü partlayış baş verib. Hadisə 15 İyul məhəlləsində axşam saat 20:00 radələrində qeydə alınıb.

meqale.com xəbər verir ki, partlayışın səbəbi hələ müəyyən edilməyib, lakin ilkin məlumata görə, evdə olan bir neçə şəxs yaralanıb.

Partlayış barədə məlumat alan sakinlər dərhal polisə və fövqəladə xidmət orqanlarına xəbər veriblər. Əraziyə polis, yanğınsöndürən və təcili tibbi yardım qrupları göndərilib.

Yaralılar xəstəxanaya çatdırılıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.