İspaniyada suyun səviyyəsində rekord azalma
Quraqlığın ən çox müşahidə olunduğu ölkələrdən biri olan İspaniyada bəndlərdə və gölməçələrdə suyun səviyyəsi bu il rekord dərəcədə azalaraq, ilk dəfə 30 faizdən aşağı olub.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə İspaniyanın Ekoloji Keçid Nazirliyinin dərc etdiyi həftəlik bülletendə deyilir.
Bülletendə dərc olunan məlumata görə, ölkədə istər kənd təsərrüfatında və sənayedə, istərsə də məişətdə istifadə olunan suyun təminatı üçün nəzərdə tutulmuş bənd və gölməçələrdə su ehtiyatı ölkə üzrə orta hesabla 29,3 faizədək azalıb.