İnsanların gün ərzində neçə dəfə telefonlarını yoxladıqları məlum olub
İnsanların gün ərzində neçə dəfə telefonlarını yoxladıqları müəyyən edilib.
meqale.com Trend-ə istinadən bildirir ki, qlobal araşdırmada 5 min adam üzərində qiymətləndirmə aparılıb və 18-47 yaş arası insanlar müzakirə edilib. Dünyada 6,925 milyard insan smartfondan istifadə edir. Bu araşdırma insanların öz smartfonlarına necə aludə olduğunu sübut edən məlumatlar təqdim edib.
Araşdırmalar nəticəsində kifayət qədər təəccüblü məlumatlar əldə edilib. Müvafiq olaraq, hər 100 nəfərdən 89-u gündə 144 dəfə telefonundan istifadə edir. Hər 10 nəfərdən biri telefona beş saatdan çox baxır. Bu insanların dörddə biri gündə ən azı üç saatını ekrana baxaraq keçirir. Həmçinin istifadəçilərin ekranı sürüşdürərək 4,8 kilometr məzmun istehlak etdiyi də hesablanıb. Bu maraqlı nəticədən daha qəribə olan başqa bir hesablama da var.