İllər sonra efirə qayıdır - "Arka Sokaklar"dan sonra heç bir seriala çəkilməmişdi - FOTO

Türkiyənin məşhur aktyoru Uğur Pektaş uzun fasilədən sonra ekranlara geri dönüb.

İllər sonra efirə qayıdır -
Türkiyənin məşhur aktyoru Uğur Pektaş uzun fasilədən sonra ekranlara geri dönüb.

meqale.com xəbər verir ki, o, "Kuruluş Orhan" serialına "Abdurrahman" obrazı ilə qatılıb.

Aktyorun qayıdışı sosial şəbəkələrdə maraq doğurub, izləyicilər şərhlərdə onun qocalmadığını qeyd ediblər.

Bir zamanlar Arka Sokaklar serialında "Murat" rolunu canlandıran Pektaş ekranlardan uzaqlaşdıqdan sonra sadə və mənəvi həyat yaşamışdı. Son dönəmdə sosial mediada paylaşdığı fotolarla yenidən gündəmə gələn aktyor, indi Kuruluş Orhan serialında Orhanın sağ qolu obrazını canlandıracaq.