Hülya Avşar yeni görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Türkiyəli məşhur müğənni və aktrisa Hülya Avşar yeni imici ilə hamını təəccübləndirməyi bacarıb.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi uzun və açıq rəngli saçları ilə vidalaşıb. O saçlarını qısa və tünd tonlarda kəsdirib.
Hülyanın yeni görünüş sosial şəbəkədə müzakirələr yaradıb.
Sözügedən paylaşıma minlərlə bəyənmə gəlib və şərhlər yazılıb.