Hakimin öldüyü qəzanın VİDEOsu
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında vəfat edib.
meqale.com-ın məlumatına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Hadisə Novxanı-Pirşağı avtomobil yolunda baş verib.
ilkin versiyaya əsasən, A.Rzayevanın olduğu "Nissan" markalı avtomobil başqa bir nəqliyyat vasitəsi ilə toqquşub. Qəza zamanı avtomobili mərhum hakim yox, başqa bir şəxs idarə edib.
Hadisə nəticəsində Aynur Rzayeva ağır xəsarətlər alaraq təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, tibbi müəssisədə vəfat edib.
Avtomobili idarə edən sürücü də müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Bildirilir ki, onun vəziyyəti ağır qiymətləndirilir və hazırda cərrahi əməliyyat altındadır.
Qeyd edək ki, Aynur Rzayeva şəhid övladı olub. O, 2022-ci ildə Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" sərəncamı ilə hakim vəzifəsinə təyin edilmişdi.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.