Bir vaxtlar ulduz idi, indi küçədə yatır - FOTO

 "Ned's Declassified School Survival Guide" serialında Martin Qverli obrazını canlandıran aktyor Taylor Çeyzin küçədə çəkilən görüntüləri müzakirə yaradıb. 

meqale.com xarici mediaya istinadla xəbər verir ki, 36 yaşlı Çeyz Los-Ancelesə yaxın Riversayd şəhərində lentə alınıb. Onun pərəstişkarları tərəfindən küçədə lentə alınan görüntülərində köhnəlmiş geyimdə olduğu görünür.

Videoda onu çəkən şəxs onun həmin aktyor olub-olmadığını anlamağa çalışır. Buna görə də Çeyzdən "Nickelodeon" serialında rol alıb-almadığını soruşur. Aktyor isə belə cavab verir: "Bəli, Ned's Declassified School Survival Guide serialında oynamışam" .

Şəxs onu tanıdıqdan sonra: "Bəli, sən həmin uşaqsan", - deyir.

Video sosial şəbəkələrdə yayıldıqdan sonra Taylor Çeyz üçün "GoFundMe" ianə kampaniyası yaradılıb və 1200 dollardan çox vəsait toplanıb. 

Qeyd edək ki, aktyor 2004-2007-ci illərdə məşhur "Ned's Declassified School Survival Guide" serialında Martin Qverli obrazını canlandırıb.