Gürcüstanda plastik qab-qacaq qadağan edilir
Gürcüstan hökuməti 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək birdəfəlik plastik qab-qacaq haqqında reqlamenti təsdiqləyib.
meqale.com xəbər verir ki, göstərilən tarixdən plastikdən hazırlanmış qab-qacaq, o cümlədən plastik çəngəllər, bıçaqlar, qaşıqlar, habelə köpük polistiroldan hazırlanmış qab və stəkanların istehsalı, idxalı və bazara çıxarılması qadağan edilir.
Qadağa həmçinin hazır qidaların istehlakçılara paylanması zamanı qida xidməti müəssisələrində birdəfəlik plastik qabların və stəkanların istifadəsinə də şamil edilir.