Güneyli milli fəallar həbs edildi
Sentyabrın 13-də təhlükəsizlik məmurları Təbrizdə 4 milli-mədəni fəalı həbs ediblər.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə fəalların yaxınları məlumat yayıb.
Saxlanılanların Əli Babayi, Davud Şiri, Araz İbrahimnejad və Cavad Sudbər olduğu bildirilib.
Onların hansı istiqamətə aparıldığı və nədə ittiham edildiyinə dair məlumat verilməyib.