Gəncədə sərnişin avtobusu ilə avtomobil toqquşdu - xəsarət alanlar var
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
meqale.com-ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan minik maşını ilə 20 saylı xətt üzrə işləyən sərnişin avtobusu toqquşub.
Qəzada avtobusunda olan 2 nəfər sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (APA)