Fatih Terim yeni komandasında ilk məşqə çıxdı - FOTOlar

Türkiyəli mütəxəssis Fatih Terim yeni komandası "Panatinaikos"da ilk məşqə çıxıb.

Fatih Terim yeni komandasında ilk məşqə çıxdı - FOTOlar
Türkiyəli mütəxəssis Fatih Terim yeni komandası "Panatinaikos"da ilk məşqə çıxıb.

meqale.com qol.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Afina təmsilçisinin saytı yayıb. 

Klubun direktoru Yiannis Papadimitriou Terimi futbolçulara təqdim edib. 70 yaşlı mütəxəssis onların qarşısında 10 dəqiqəyə yaxın çıxış edib.

Hazırlıq isinmə hərəkətləri, topla məşqi və qısa meydanda oyunu əhatə edib. 

Qeyd edək ki, hazırda "Panatinaikos" 15 oyundan 34 xalla Yunanıstan superliqasında 2-ci yeri tutur. Komanda lider PAOK-dan cəmi 1 xal geri qalır.