Evliliklərinin ikinci ildönümünü qeyd edən İbrahim və Aydan: “Əbədi sevgim” - FOTO
Məşhur aktyor cütlüyü İbrahim Çingiz və Aydan Axundzadə ailə həyatları ilə bağlı diqqət çəkən paylaşım ediblər.
meqale.com bizim.media-ya istinadən bildriir ki, aşiqlər sosial şəbəkə hesablarında evliliklərinin ikinci ildönümünü yazaraq, bir-birini təbrik ediblər.
Aydan İbrahimlə olan fotosunu paylaşaraq "2 ili 52-yə çevirək, sonra yenidən doğulaq. Mübarəkdir, sevgilim!" şərhini yazıb.
İbrahim Aydanla bəy və gəlinlikdə çəkilən şəklini yayımlayaraq "Sən əbədi sevgimsən! Toyumuzun ikinci ildönümü mübarək, evim" sözləri ilə xanımına qarşılıq verib.