Ərdoğanla Putin arasındakı danışıqların əsas mövzularından biri məlum olub

Qara dəniz taxıl sazişinin bərpası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında üzbəüz danışıqların əsas mövzularından biri ola bilər.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə diplomatik mənbədən "TASS" agentliyinə bildiriblər.

Məlumata görə, rəsmi Ankara taxıl sazişinin bərpası üzrə müəyyən razılaşma əldə edəcəyinə ümid edir, əks halda, dünyada dənli bitkilərin qiyməti bahalaşmağa davam edəcək.

"Aydındır ki, Rusiya prezidentinin gözlənilən görüşü çərçivəsində əsas mövzulardan birini taxıl sazişinin bərpası təşkil edəcək. Bu sahədə irəliləyiş dənli bitkilərin qiymətinin daha da artmasına imkan verməyəcək", - diplomatik mənbə vurğulayıb.

Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan taxıl sazişinə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.