Ərdoğanın Tuska jesti gündəm oldu - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəcib hərəkəti ilə gündəmə gəlib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə lideri Polşanın Baş naziri Donald Tusku qarşılayarkən sol ayağına dizlik taxdığını, pilləkənləri qalxmaqda çətinlik çəkdiyini görür və siyasətçinin qoluna girərək ona yardım göstərir.
Ərdoğanın polşalı nazirə jesti sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.