Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

"Journal of Child Psychology and Psychiatry" jurnalında dərc olunan yeni araşdırmaya görə, uşaqların yemək seçmə davranışı valideyn tərbiyəsindən daha çox genetik amillərlə bağlıdır.

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?
"Journal of Child Psychology and Psychiatry" jurnalında dərc olunan yeni araşdırmaya görə, uşaqların yemək seçmə davranışı valideyn tərbiyəsindən daha çox genetik amillərlə bağlıdır.

meqale.com xəbər verir ki, Böyük Britaniyada aparılan bu elmi tədqiqat uşaqlar arasında geniş yayılan bu vərdişin valideynlərin səhvi deyil, böyük ölçüdə genetik mirasın nəticəsi olduğunu üzə çıxarıb.

Tədqiqat çərçivəsində alimlər 16 aylıqdan 13 yaşadək olan 2400-dən çox biryumurta və ikiyumurta əkizlərinin qidalanma vərdişlərini araşdırıblar. Valideynlər uşaqların müxtəlif yaş dövrlərində (16 aylıq, 3, 5, 7 və 13 yaş) sorğuları cavablandırıblar.

Araşdırmanın statistik nəticələri:

16 aylıq uşaqlarda: Yemək seçmə davranışının 60%-i genetik amillərlə bağlıdır.

3-13 yaş aralığında: Bu nisbət 74%-ə qədər yüksəlir.

Yemək seçmə vərdişinin ən yüksək həddi 7 yaşda müşahidə olunur. Bu yaşdan sonra vərdişdə cüzi azalma baş verir.

Tədqiqata rəhbərlik edən London Universitet Kollecinin (UCL) əməkdaşı Zeynep Nas tapıntıları belə qiymətləndirib:

"Bu araşdırmadan çıxarılacaq əsas nəticə odur ki, yemək seçmə davranışı valideynlik tərzindən qaynaqlanan bir şey deyil. Bu, əslində aramızdakı genetik fərqliliklərdən irəli gəlir."

Lakin mütəxəssis vurğulayır ki, genetika hər şeyi həll etmir: "Genetika tale deyil." Yəni valideynlər özlərini çarəsiz hiss etməməlidirlər.

Araşdırmada yemək seçmə vərdişinə təsir edən digər mühüm amilin ətraf mühit olduğu qeyd edilir:

Kiçik yaşlı uşaqların birlikdə süfrəyə oturması və valideynlərinin nə yediyini görməsi onların davranışına müsbət təsir edir.

7-13 yaşlı uşaqların fərqli dostlar qazanması onların yeni dadları sınamasına rəvac verə bilər. Yeniyetməlik dövründə dostların təsiri ailənin təsirini üstələyir.