Dünyanın ən gözəl qadınları SEÇİLDİ
Yunan gözəllik prinsiplərinə əsaslanan "qızıl nisbət" tədqiqatına görə, aktrisa Emma Stoun dünyanın ən gözəl qadını elan olunub.
meqale.com xəbər verir ki, Daily Mail-in yaydığı məlumata görə, Stounun üz xüsusiyyətləri fiziki mükəmməlliyi ölçən qızıl nisbətə 94,72% uyğun gəlir.
Aktrisanın xüsusiyyətləri arasında mükəmməl çənə xətti (97%) və ideal formalı dodaqları (95,6%) xüsusi qeyd olunub.
Tədqiqatda həmçinin Zendaya, Beyonse və Marqo Robbi kimi məşhurlar da elmi baxımdan ideal üz quruluşuna malik şəxslər sırasına daxil edilib.