Daha bir futbolçu "Qarabağ"ı tərk edə bilər
"Qarabağ"da yanvar ayında ayrılıqlar yaşana bilər.
meqale.com xəbər verir ki, namizədlərdən biri də Marko Yankoviçdir.
Monteneqrolu yarımmüdafiəçi ilə Yunanıstan nəhəngləri - "Olimpiakos" və "Panatinakos", eyni zamanda Zaqreb "Dinamo"su yaxından maraqlanır.
Markoya olan maraq artıq yaydan bəri var. Lakin o zaman bu keçid baş tutmamışdı.
30 yaşlı futbolçunun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayında bitir.