Göyçayda yanğın olub - FOTO

Göyçayda yanğın hadisəsi baş verib.

Göyçayda yanğın olub - FOTO
Göyçayda yanğın hadisəsi baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Füzuli küçəsində qeydə alınıb.

Yanğın nəticəsində iki evə ciddi ziyan dəyib.

Belə ki, rayon sakinləri - 1977-ci il təvəllüdlü Elnur İsmayılov və 1955-ci il təvəllüdlü Almaz Əliyevaya məxsus evlərin yanar konstruksiyaları tamamilə yanıb.

Yanğın zamanı ümumi sahəsi 110 kvadratmetr olan 3 otaqlı evin 2 otağı və dam örtüyünün 78 kvadratmetri, ümumi sahəsi 150 kvadratmetr olan 4 otaqlı evin isə 2 otağı və dam örtüyünün 78 kvadratmetri yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

İlkin məlumata görə, yanğının başvermə səbəbi hələlik məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.