Çində güclü zəlzələ oldu

Çinin Sincan-Uyğur Muxtar bölgəsində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Çində güclü zəlzələ oldu
Çinin Sincan-Uyğur Muxtar bölgəsində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

meqale.com-ın məlumatına görə, zəlzələnin episentri 102 min nəfərin yaşadığı Kuça rayonundan 87 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 35 km dərinlikdə olub.

Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.