Cəlal Qurbanov: Onlar Vətəni ataları kimi sevirlər - VIDEO

Bu gün Vətənimizlə bağlı yaşadığımız qüruru şəhid övladları ilə paylaşmalıyıq. Şəhidlərimizin yadigarları onların bir parçası, fiziki bədənləridir. Onlar ataları kimi düşünür, Vətəni ataları kimi sevir, öz simalarında atalarını yaşadırlar. Onlar şəhidlərimizlə bizim aramızdakı qırılmaz, ruhanı bir bağdır.

meqale.com xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Cəlal Qurbanov deyib.

"2-ci Qarabağ savaşı bitdikdən sonra valideynlərini itirmiş şəhid balalarının qəlbindəki nisgil, atasızlıq kədəri, oğullarını şəhid vermiş anaların qürur qarışıq göz yaşları bizi "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələrini yaratmağa sövq etdi. Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhunu şad etmək, onların övladlarının, analarının qəlblərini sevindirmək bizim üçün ən ümdə məqsədə, ən müqəddəs arzuya çevrildi. Bu layihələri etməkdə məqsədimiz bu şirin balaların qəhrəman ataları ilə hər zaman qürur duymaqları, övladlarını qurban vermiş anaların ürəyini az da olsa toxtatmaq idi.