Çarəsizliyin şəkli - torbalara doldurub evlərinə aparırlar - FOTO

Pakistanın şimal-qərbində yerləşən Karak bölgəsində illərdir təbii qaz infrastrukturu qurulmadığı üçün sakinlər təhlükəli və primitiv üsulla enerji tələbatlarını ödəməyə çalışırlar.

meqale.com xəbər verir ki, yerdən sızan təbii qaz borularla böyük plastik torbalara doldurulur, daha sonra bu torbalar evlərə daşınır və birbaşa ocaqlara qoşulur.

Mütəxəssislər xəbərdarlıq edir ki, xalq arasında "balon qaz" adlandırılan bu üsul ən kiçik bir qığılcımla partlaya bilər.

Ötən illərdə eyni üsul səbəbilə bəzi evlərdə yanğın və insan tələfatı baş verib.

Bölgə sakinləri, bütün risklərə baxmayaraq, başqa alternativ olmadığından bu üsulu istifadə etməyə davam edirlər.