Buraxılan 2 qol Şahruddinə bağışlanılmayıb
Azərbaycan yığmasının qapıçısı Türkiyə Superliqasında 26-cı turunda meydanı vaxtından əvvəl tərk edib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Şahruddin Məhəmmədəliyev "Alanyaspor"la oyunun fasiləsində əvəzlənib.
"Adana Dəmirspor" birinci hissəni 0:2 hesabı ilə məğlub bitirib. Komandanın baş məşqçisi Hikmət Karaman Şahruddinin oyunundan razı qalmadığı üçün onu meydandan çıxarıb. Fasilədən sonra daha yaxşı təsir bağışlayan Adana klubu son saniyələrdə 1 xal qazanıb - 3:3.