Bu rayonun sakinlərinə şad xəbər: MİDA sosial binaların inşasına başlayır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Azərbaycanın daha bir rayonunda sosial binaların inşasına başlayır.

Bu rayonun sakinlərinə şad xəbər: MİDA sosial binaların inşasına başlayır
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Azərbaycanın daha bir rayonunda sosial binaların inşasına başlayır.

meqale.com iqtisadiyyat.az-ıa istinadən xəbər verir ki, çoxmənzilli yeni yaşayış binaları Yevlax şəhərində yerləşəcək.

Sosial mənzillər üçün şəhərin Rəşid Budaqov küçəsi 1 ünvanında iki hektara yaxın ərazi müəyyənləşib.

Həmin ərazidə Yevlax Yaşayış Kompleksi inşa olunaraq satışa çıxarılacaq. Kompleksdə ümumilikdə 6 çoxmənzilli yaşayış binasının inşası nəzərdə tutulub.

Yeddimərtəbəli 6 binadan ibarət Kompleksdə 28-i birotaqlı, 14-ü studio tipli, 84-ü ikiotaqlı, 139-u üçotaqlı, 64-ü isə dördotaqlı olmaqla ümumilikdə 329 mənzil olacaq.

Hazırda Agentlik kompleksin tikintisini həyata keçirəcək inşaat şirkətlərinin axtarışındadır. Bu kompleksi inşa etmək istəyən tikinti şirkətləri MİDA-ya müraciət edə bilərlər.